Card image cap

ADNSU-nun Magistratura pilləsinə hazırlaşanların nəzərinə!

Fevralın 14-ü saat 10:00-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 360 saylı auditoriyasında magistratura pilləsinə hazırlaşanlar üçün sınaq imtahanı keçiriləcək.

İmtahan Azərbaycan və rus dillərində keçiriləcək. Suallar Dövlət İmtahan Mərkəzinin proqramına uyğun tərtib edilir və 100 sualdan (Məntiq – 50, İnformatika – 25, Xarici dil – 25) ibarətdir. İmtahan müddəti 150 dəqiqədir.

Sınaq imtahanında iştirak etmək istəyənlər fevralın 11-ə kimi ADNSU-nun hesabına 20 azn ödəyib, 308 saylı auditoriyada qeydiyyatdan keçməlidirlər.

Tel: 051 818-74-12 (Aydın Abbasquliyev)
Elektron ünvan : aida.aliyeva1@gmail.com

 

Magistratura bölməsi