Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Yanvarın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlərə keçməzdən əvvəl universitetin professoru Eldar Şahbazovun 70 illik və professor Əli Nazim Məmmədtağızadənin 80 illik yubileyini təbrik edib, onlara həyat və fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib. Sonra tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov Qış imtahan sessiyasının gedişatı barədə Elmi Şura üzvlərinə geniş məlumat verib. ADNSU-nun “Elm mərkəzi”nin müdiri, k.e.d. Qəhrəman Həsənov mərkəzin gördüyü işlər barədə hesabat verib. Elmi Şuranın iclasında Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov illik hesabatla çıxış edib.

İclasda həmçinin, bakalavr və magistr təhsil pillələrində peşə hazırlığı üzrə mövcud seçmə fənlərin yeniləri ilə əvəzlənməsi barədə təkliflər, HPC mərkəzinin yaradılması, doktorantura təhsil pilləsinə aparılan qəbul imtahanları, ingilis dilində təhsilin vəziyyəti və s. məsələlər müzakirə olunub.