Card image cap

ADNSU-da “Elmi tədqiqatlarda elektron mikroskopun tətbiqi” mövzusunda elmi seminar keçirilib

Fevralın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Elmi tədqiqatlarda elektron mikroskopun tətbiqi” mövzusunda elmi seminar keçirilib.

Seminarda ADNSU-nun rektoru, professor Mustafa Babanlı və universitetin professor-müəllim heyəti iştirak edib. Dünyada texniki inkişafın yüksək səviyyəyə çatması və yeni elekton mikroskop formalarının elmi tədqiqatlarda istifadə olunmasından bəhs edən seminarda “TESCAN” şirkətinin elektron mikroskopunun iş prinsipi və tətbiq olunduğu sahələrdən danışılıb. Seminarı Rusiya Federasiyasının “TESCAN” şirkətinin aparıcı mütəxəssisi Andrey Aleksandroviç Kudryavtsev aparıb.  

Seminarın sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.