Card image cap

ADNSU-da SOCAR-ın Daxili Təqaüd Proqramı haqqında məlumat günü keçirilib

Fevralın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) SOCAR-ın Daxili Təqaüd proqramı haqqında məlumat günü keçirilib. Tədbirdə SOCAR-ın İnsan Resursları departamentinin “Təlim və İnkişaf” şöbəsinin əməkdaşları Vasif Cəfərov və Nəzrin Əfəndiyeva iştirak edib.

Proqramın mahiyyəti haqqında danışan Vasif Cəfərov seçim meyarları, müraciət qaydaları və növbəti mərhələ barədə tələbələrə geniş məlumat verib. Bu proqramın tələbələrin təhsil həyatlarını uğurla davam etdirmələrində böyük stimul olacağını vurğulayan V.Cəfərov 2004-cü ildən bu  günə kimi 1988 tələbəyə bu təqaüdün verildiyini bildirib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.