Card image cap

ADNSU-nun rektoru 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri ilə görüşüb

Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Kimya-texnologiya fakültəsi və SABAH qruplarının 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri ilə görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı 4-cü kurs tələbələri ilə görüşün keçirilməsində məqsədin ilk dəfə olaraq bu tədris ilindən həyata keçirilən 14 həftəlik istehsalat təcrübəsinin gedişatı, həmçinin buraxılış işlərinin vəziyyətini müzakirə etmək olduğunu bildirib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov istehsalat təcrübəsi haqqında müəllim və tələbələrə ümumi məlumat verib.

Daha sonra rektor, professor Mustafa Babanlı tələbələrin buraxılış işinə hazırlığı, magistraturaya qəbul, təqaüd proqramları və s. haqqında tələbələri məlumatlandırıb. Tələbələrin işlə təmin olunması istiqamətində fəaliyyətin davam etdiyini deyən rektor M.Babanlı tələbələrə universitetdə təşkil olunan Məzun-Karyera Sərgisində iştirak etməyi tövsiyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.