Card image cap

“AzerGold” QSC-nin nümayəndələri ADNSU tələbələri ilə görüşüb

Fevralın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “AzerGold” QSC-nin nümayəndələri Geoloji-kəşfiyyat fakültəsinin tələbələri ilə görüşüb.

Tədbirdə “AzerGold” QSC-nin Geoloji Kəşfiyyat şöbəsinin müdiri Şahbəddin Musayev və Strateji Planlaşdırma və Biznesin İnkişafı şöbəsinin müdiri Kənan Salayev iştirak edib.

“AzerGold” QSC-nin fəaliyyətini əks etdirən geniş tanıtım təqdimatı ilə çıxış edən Şəhabəddin Musayev müəssisənin ölkədəki strateji əhəmiyyəti barədə tələbələrə məlumat verib. Respublika ərazisində nəcib və əlvan metal yataqlarının perspektiv göstəriciləri barədə danışan Kənan Salayev tələbələri maraqlandıran sualları cavablandırıb.