Card image cap

ADNSU-da 4-cü kurs tələbələri ilə görüş keçirilib

Martın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı “İnformasiya texnologiyaları və İdarəetmə” fakültəsinin 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri ilə görüşüb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə buraxılış işləri, gündəlik təcrübə və digər məsələlər haqqında iştirakçılara ətraflı məlumat verib.

Çıxış edən tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov buraxılış işlərinin yazılma qaydaları, mövzular və eyni zamanda istehsalat təcrübəsindən danışıb.

Sonra rektor, professor M.Babanlı imtahanlar, buraxılış işlərinə hazırlıq prosesi və tələbələrin kredit borclarından danışıb. IV kurs tələbələri üçün qoyulan imtiyazlardan söz açan rektor, professor M.Babanlı bu imtiyazlarla yanaşı tələbələrin diqqətdə saxlamalı olduğu məsələlərə də toxunub. Rektor M.Babanlı buraxılış işlərinə ciddi yanaşmağı, həmçinin mövzuları dərindən mənimsəməyi və istinadalara xüsusi diqqət etməyi tövsiyə edib.

Sonda tələbələrə təqaüd proqramları və magistraturaya qəbul haqqında məlumat verilib.