Card image cap

ADNSU-da İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin tələbələri ilə görüş keçirilib

Martın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 4-cü kurs tələbələri və onların buraxılış işi rəhbərləri ilə görüşüb.

Rektor, professor Mustafa Babanlı tələbələrlə görüşün keçirilməsində məqsədin 14 həftəlik istehsalat təcrübəsinin gedişatı, həmçinin buraxılış işlərinin vəziyyətini müzakirə etmək olduğunu bildirib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov istehsalat təcrübəsi, buraxılış işlərinin yazılma qaydaları haqqında müəllim və tələbələrə ümumi məlumat verib.

Görüşdə İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin 4-cü kurs tələbələri Nərminə Vəzirova və Xəyal Abdullayev “Mənim mühazirəm” layihəsi çərçivəsində uğurlu çıxışlarına görə mükafatlandırılıblar.

Sonra rektor, professor Mustafa Babanlı tələbələrin buraxılış işinə hazırlığı, magistraturaya qəbul, təqaüd proqramları və s. haqqında tələbələri məlumatlandırıb. Rektor M.Babanlı buraxılış işlərinə ciddi yanaşmağı, həmçinin mövzuları dərindən mənimsəməyi və istinadalara xüsusi diqqət etməyi tövsiyə edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.