Card image cap

ADNSU-da 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin xanım əməkdaş və tələbələri iştirak edib.

ADNSU-nun tərbiyə işləri üzrə prorektor, dosent Ata Babayev ADNSU-nun xanım əməkdaşlarını bayram münasibətilə təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi, iş və şəxsi həyatlarında uğurlar arzu edib.

Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov universitetin bütün xanım əməkdaşlarını 8 Mart münasibətilə təbrik edib. Qadının cəmiyyətdə rolundan və fəaliyyətindən söz açan prorektor Q.Məmmədov 8 martın bayram kimi qeyd edilməsi tarixindən danışıb.

Xanım əməkdaşları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı qadınların hüquq və azadlıqlarından söz açıb. Azərbaycan qadınlarının hər zaman müsbət dəyərlər, yüksək mənəvi-əxlaqi xüsusiyyətləri ilə seçildiyini vurğulayıb.

Daha sonra ADNSU-nun bir qrup qadın əməkdaşlarına və tələbələrə bayram hədiyyələri təqdim edilib.