Card image cap

ADNSU-da qanvermə aksiyası keçiriləcək

Martın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) poliklinika şöbəsində və universitetin girişində “Donor günü” aksiyası keçiriləcək.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiyadan əziyyət çəkənlər üçün saxlanılacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda 2000-dən artıq talassemiya və digər irsi qan xəstəliyinə məruz qalan insanlar mövcuddur ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Məhz bu məqsədlə ölkədə Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü ilə mütəmadi olaraq kütləvi qanvermə aksiyaları keçirilir.