Card image cap

ADNSU-da Headway şirkətinin növbəti təlimi keçirilib

Martın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun-Karyera Mərkəzinin növbəti təlimi keçirilib. “Şəxsi İnkişaf” mövzusunda olan təlim Headway şirkətinin nümayəndəsi Seymur Rəsulov tərəfindən aparılıb.

Tələbələrin gələcək karyeralarında uğurlu ola bilməsi üçün öz təcrübələrini onlarla bölüşən təlimçi bu istiqamətdə düzgün ixtisas seçiminin önəmindən bəhs edib.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.