Card image cap

ADNSU-da Novruz şənliyi keçirilib

Martın 13-də Azərbaycan Dövlət Neft və Universitetində (ADNSU) Novruz bayramı və ilaxır çərşənbəyə həsr olunan Novruz şənliyi keçirilib. Bayram tədbirində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitetin həyətində düzənlənən bayram şənliyində fakültələr üzrə tələbələr hazırladıqıları maraqlı Novruz xonçaları və milli adət-ənənələrimizi özündə əks etdirən bayram şirniyyatlarını nümayiş etdiriblər.

ADNSU-nun rektoru, professor M.Babanlı tələbələrin hazırladıqları bayram süfrəsi ilə yaxından tanış olub və gənclərin bayram hazırlıqlarını müsbət dəyərləndirib.

Tədbiri giriş sözü ilə açan rektor, professor M.Babanlı iştirakçıları Novruz bayramı münasibətilə təbrik edib. Xalqımızın milli adət-ənənələrini özündə ehtiva edən Novruzun ən qədim bayramlardan biri olduğunu bildirən rektor M.Babanlı bayramın tarixi əhəmiyyətindən danışıb. Sonda rektor M.Babanlı Novruzun gəlişi münasibətilə bir daha kollektivi təbrik edib və xoş arzularını çatdırıb.

Bayram şənliyi ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının rəqs nömrələri, eləcə də  tanınmış müğənnilərin ifaları və Novruz bayramının məşhur personajları olan kosa ilə keçəlin təqdimatında maraqlı səhnəciklər ilə tələbələr tərəfindən böyük maraq və həyəcanla izlənib.