Card image cap

ADNSU-nun əməkdaşları sertifikatla təltif olunublar

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Xarici dillər-1” və “Xarici dillər-2” kafedralarının ingilis dili üzrə tədris aparan müəllimləri universitetdə mütəxəssis hazırlığının səviyyəsini yüksəltmək və təlimin müasir standartlara uyğun təşkili məqsədi ilə Azərbaycan Dillər Universitetinində ali məktəb müəllimləri üçün keçirilən “Academic writing” fənni üzrə müəllim hazırlığı kursuna qatılıblar.

2017-ci ilin noyabrından 2018-ci ilin yanvar ayına qədər davam edən kurslarda ADNSU-nun əməkdaşları - filologiya elmləri namizədi, müəllim Sevil Əliyeva, baş müəllim Lalənzər Muradlı, baş müəllim Səidə Verdiyeva, müəllimlər Gülşən Əliyeva və Tamilla Qafarova kursu bitirib və açıq dərs (DM - demo lesson) təqdim ediblər.

Sonda müəllimlərimiz kursu müvəffəqiyyətlə bitirmələri barədə müvafiq sertifikatla təltif olunublar.