Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Martın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.

Baş mühasib Alı Alıyev maliyyə və təsərrüfat fəaliyyəti haqqında Elmi Şura üzvlərinə geniş məlumat verib. Elm və ixtiraçılıq şöbəsinin rəisi, Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Mübarizə İbrahimli ADNSU-da 2017-cı ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekunları haqqında hesabat verib.

Daha sonra Elmi katib Yetər Əliyeva kvalifikasiya işləri barədə Şura üzvlərinə məlumat verib. İclasda İnformasiya Texnologiyaları və İdarəetmə fakültəsinin dekanı, dosent Səməd Yusifov illik hesabatla çıxış edib.

Elmi Şurada həmçinin, Elektron universitetdə lazımi materialların yerləşdirilməsinin vəziyyəti, Akademik Murtuza Nağıyev adına təqaüdün təsis edilməsi, IV kurs tələbələrinin və II kurs magistrantların təcrübələrinin vəziyyəti,  2018/2019-cu  tədris ilində magistratura səviyyəsində aparılacaq qəbula hazırlıq, nizam-intizam məsələlələri və s. müzakirə olunub.