Card image cap

“Gələcəyin mütəxəssisləri, Azərbaycan – 2025. Gələcəyə baxış”

ADNSU-da “Gələcəyin mütəxəssisləri, Azərbaycan – 2025. Gələcəyə baxış” adlı konfrans keçirilib
Noyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun eləcə də Futuroloqlar cəmiyyətinin dəstəyi və ADNSU-nun SABAH qruplarının təşkilatçılığı ilə “Gələcəyin mütəxəssisləri, Azərbaycan - 2025 gələcəyə baxış” adlı konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan ADNSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbirin önəmini qeyd edib və Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu bildirib.
ADNSU-nun Elektromexanika kafedrasının dosenti Elşad Şəfiyev Minillik layihəsi haqqında tədbir iştirakçılarına məlumat verib.
Beynəlxalq beyin mərkəzi, “Millenium” layihəsinin icraçı direktoru professor Jerom Glenn əsrin yeni kəşfi və gələcəyin layihsəi olan süni intellekt dalğası haqqında birbaşa bağlantı vasitəsilə tədbir iştirakçılarına geniş məlumat verib. Süni zəkanın növləri, Mur qanunu, süni zəka linzaları və alternativ enerji mənbələrinin effektivliyi haqqında danışan professor Jerom Glenn süni zəkanın bəşəriyyətin gələcəyinə, insanlara və iqtisadiyyata göstərəcyi təsirin elmi əsaslandırılması barədə fikirlərini bölüşüb. Çıxışın sonunda professor J.Glenn tələbələrin suallarını cavablandırıb.
Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban “Enerji üzərində qurulan Azərbaycan iqtisadiyyatı – gələcəyə baxış” adlı təqdimatla çıxış edib. O Azərbaycanın iqtisadiyyatının qurulmasında və inkişafında neftin oynadığı roldan danışıb.
Konfransın sonunda ADNSU-nun IV kurs tələbəsi Mirəziz Əliyev “2025-ci ildə gələcəyə baxış” adlı təqdimatla çıxış edib.