Card image cap

ADNSU-da növbəti “Açıq mikrofon” təşkil olunub

Mayın 5-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti “Açıq mikrofon” təşkil olunub. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Rektor, professor Mustafa Babanlı əvvəlcə yay imtahan sessiyasına hazırlıq barədə danışıb, imtahan suallarının hazırlanmasında tətbiq olunan yeniliklər barədə məlumat verib.

Tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışan rektor, prof. Mustafa Babanlı bu tədbirlərin davam etdiyini tələbələrin diqqətinə çatdırıb. Tələbələrin universiteti bitirdikdən sonra işlə təmin olunmasının əsas prioritet istiqamətlərdən biri olduğunu bildirən rektor M.Babanlı ADNSU-nun dövlət və özəl müəssisələrlə əməkdaşlıq əlaqələrinin inkişaf etdirildiyini qeyd edib.

Rektor Mustafa Babanlı həmçinin, elmi işlərdə qazanılan uğurlar, universitetin beynəlxalq əlaqələrinin inkişafı, xarici universitetlərlə mübadilə proqramları, yeni yataqxananın istifadəyə verilməsi, Əsaslı kitabxananın müasirləşdirilməsi, Məzun-Karyera Sərgisinin təşkili, ilboyu təcrübə proqramı, təlim-tərbiyə, təsərrüfat işləri və başqa məsələlərdən danışıb.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.