Card image cap

Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti UFAZ-da olub

Mayın 7-də “Azərbaycanı kəşf edək” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan Fransa parlamentinin sabiq üzvü, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Mansel, qurumun baş katibi, Paris Azərbaycan Evinin sədri, Avropa Azərbaycanlıları Konqresi (AAK) İdarə heyətinin üzvü Mirvari Fətəliyeva və Kolmar şəhərinin meri Jilbert Meyer Azərbaycan Dövlət neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) olublar. Görüşdə UFAZ haqqında qonaqlara məlumat verilib və əməkdaşlıq əlaqələri müzakirə edilib.

Qeyd edək ki, mayın 8-dək davam edəcək səfərdə nümayəndə heyəti Azərbaycanın turizm potensialı, mədəniyyət ocaqları ilə tanış olacaq, bir sıra görüşlər keçirəcəklər.