Card image cap

Heydər Əliyev adına NEZ-də təcrübə keçən tələbələrlə görüş keçirilib

Mayın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və Menecment fakültəsinin dekanlığı və "Enerji və neft kimya sahələrinin iqtisadiyyatı və menecment" kafedrasının əməkdaşları Heydər Əliyev adına Neft Emalı Zavodunda olublar.

ADNSU-nun nümayəndələri zavodda istehsalat təcrübəsinə cəlb olunmuş tələbələrlə görüşüb, onların təcrübə prosesi ilə maraqlanıblar. Universitetin müəssisədəki təcrübə rəhbərləri tələbələrin istehsalat təcrübəsinin gedişatı haqqında məlumat veriblər.