Card image cap

ADNSU-da Rəhbər Heyətin Mülki Müdafiə məşqi keçirilib

Mayın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Rəhbər Heyətin “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda Mülki Müdafiə (MM) məşqi keçirilib. Tədbirdə ADNSU-nun rəhbər heyəti, MM xidmətinin komandir-rəis heyəti və MM qərargahı və fövqəladə hallar üzrə komissiyanın üzvləri iştirak ediblər.

Mülki Müdafiə məşqinin əsas məqsədi universitetin fakültə, kafedra və şöbələrin mülki müdafiə xidmətlərinin dinc dövr üçün MM planının gerçəkliyini araşdırmaq, MM xidmətinin rəhbərlərinə təbii fəlakət, qəza və dağıntılar baş verdikdə, onların nəticələrinin aradan qaldırılmasında dərhal düzgün qərar qəbul edilməsində əməli vərdişləri öyrətmək və ADNSU-nun föqəladə hallar üzrə komissiyasının, mülki müdafiə qərargahı və MM qüvvələri ilə birgə fəaliyyətinin hazırlıq səviyyəsinin qiymətləndirilməsidir.

ADNSU-nun Mülki Müdafiə qərargahının rəisi Elşən Məmmədov Rəhbər Heyətin MM məşqinin planına uyğun olaraq məşqin mövzu və məqsədlərini iştirakçılara çatdırıb. Daha sonra MM məşq planının məzmunu izah edilib.

Mülki müdafiə məşqi başa çatandan sonra nəticələri təhlil olunub.