Card image cap

ADNSU-da “İmtahan həyəcanının azaldılması yolları” mövzusunda seminar keçirilib

Mayın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “İmtahan həyəcanının azaldılması yolları” mövzusunda seminar keçirilib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə keçirilən görüşdə psixoloq Elnur Rüstəmov “İmtahan həyəcanının azaldılması yolları” mövzusunda çıxış edib.