Card image cap

ADNSU-nun SABAH qruplarında “qonaq professor” layihəsi çərçivəsində mühazirələr təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) SABAH  qruplarında “qonaq professor” layihəsi çərçivəsində müxtəlif mövzularda mühazirələr keçirilib.

Mayın 1-də “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə təşkil olunan tədbirdə Schnieder Elektrikin rəsmi distribütoru “BS-Avtomatika” şirkətinin təsisçisi, aparıcı mütəxəssis, dosent Pünhan Seyidov “Sabit cərəyan elektrik intiqallarının elektromexaniki xarakteristikaları” mövzusunda mühazirə keçib.

Mayın 7-də keçirilən seminarda AMEA-nın “Aşqarlar Kimyası” İnstitutunun “Motor yağlarına aşqar kompozisiyaları” laboratoriyasının müdiri, professor Həqiqət Cavadova “Sürtkü yağlarının perspektiv vəziyyəti” mövzusunda mühazirə deyib.

Sonuncu seminar mayın 11-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə işinin təşkili baş idarəsinin planlaşdırma şöbəsinin baş məsləhətçisi Şəmsəddin Hüseynov tərəfindən keçirilib. Ş.Hüseynov seminarda  “Elektroenergetika mühəndisliyi” və “Neft-qaz qurğuları mühəndisliyi” ixtisasları üzrə “Fövqəladə hallar zamanı mülki müdafiə tədbirləri və mühafizə işləri” mövzusunda mühazirə deyib.