Card image cap

ADNSU-nun professorları Rusiya Təbiət Elmləri Akademiyasının medalı ilə təltif olunublar

Mayın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində görkəmli alim, akademik “Azad Mirzəcanzadə adına gümüş medal”a layiq görülən alimlərin təltif olunma mərasimi keçirilib.

Tədbirdə Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) vitse-prezidenti, texnika elmləri doktoru Əzizağa Şahverdiyev, RTEA-nın Azərbaycan Elmi Mərkəzinin elmi katibi, t.e.n. Eldar Abbasov və RTEA-nın Azərbaycan Elmi Mərkəzinin sədr müavini, AMEA-nın müxbir üzvü, t.e.d. Qeylani Pənahov, eləcə də ADNSU-nun professor-müəllim heyəti iştirak edib.

Tədbirdə akademik Azad Mirzəcanzadənin elm və təhsil sahəsindəkı əvəzsiz xidmətləri dəyərləndirilib, onun Azərbaycanda neft sənayesinin inkişafında, neft elminin zənginləşdirilməsindəki rolundan danışılıb.

Daha sonra ADNSU-nun “Maşınqayırma və materialşünaslıq” kafedrasının professor-məsləhətçisi Cahid Kərimov və “Neft-qaz mühəndisliyi” kafedrasının professoru Tofiq Səmədov “Azad Mirzəcanzadə adına gümüş medal”la təltif olunublar.

Qeyd edək ki, dünya şöhtərli alim, AMEA, RTEA, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Ukrayna Neft-Qaz Akademiyasının həqiqi üzvü Azad Mirzəcanzadənin adını daşıyan medalın təsis olunması Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən qərara alınıb.