Card image cap

ADNSU-nun Əsaslı kitabxanasında Cümhuriyyətin 100 illiyinə həsr olunan kitab sərgisi keçirilib

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş kitab sərgisi təşkil edilib.

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətini, uğurlarını, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dahi lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, sosial-iqtisadi, mədəni həyatın əks etdirən kitablar geniş yer alıb.