Card image cap

UFAZ-da Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Mayın 29-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

UFAZ-ın professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsilə başlayıb. UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əsgərov xalqımızın şanlı tarixinin parlaq səhifəsi olan AXC-nin 23 ay ərzində nail olduğu inqilabi dəyişikliklərdən danışıb. “AXC dövründə Avropaya oxumağa göndərilmiş tələbələr” mövzusunda çıxış edən Vazeh Əsgərov, həmçinin, Cümhuriyyətin süqutundan sonra Fransa və digər ölkələrə mühacirət etmiş azərbaycanlıların sonrakı taleyi ilə bağlı apardığı araşdırmadan danışıb.

Sonra bədii hissə ilə davam edən tədbirdə UFAZ tələbələri müxtəlif nömrələrlə çıxış ediblər.