Card image cap

ADNSU-da Elmi Şuranın iclası keçirilib

Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. ADNSU-nun rektoru, professor Mustafa Babanlı əvvəlcə gündəmdə duran məsələlər barədə Şura üzvlərinə məlumat verib.

Magistratura bölməsinin dekanı, t.e.n., dosent Əzizağa Qurbanov ADNSU-da magistr hazırlığının vəziyyəti barədə məlumat verib. Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov 2017/2018-ci tədris ilində ADNSU-da müxtəlif səviyyələrdə keçirilmiş açıq dərslər haqqında hesabat verib.

Daha sonra İnformasiya Texnologiyaları Departamentinin direktoru Elnur Səfərli departamentin illik fəaliyyəti haqqında hesabatla çıxış edib.

İclasda həmçinin, 2017/2018-ci tədris ilinin yaz imtahan sessiyasına hazırlığın vəziyyəti, ADNSU-da istehsalat təcrübəsinin yekunları, UFAZ layihəsinin inkişaf etdirilməsi, Universitet qrantı layihəsinin vəziyyəti və s. məsələlər müzakirə olunub.