Card image cap

ADNSU-nun rektoru Rumıniyanın ölkəmizdəki səfiri ilə görüşüb

İyunun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku və Rumıniyanın Aurel Vlaciu Arad universitetinin professorları ilə görüşüb.

İki ölkə universitetləri ilə əlaqələrin və əməkdaşlıq oluna biləcək sahələrin müzakirə olunduğu görüşdə ADNSU-nun rektoru, professor M.Babanlı universitetdə həyata keçirilən tədris prosesi, startap layihələri, ixtisaslar və əməkdaşlıq əlaqələri haqqında qonaqlara məlumat verib.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Rumıniyanın Azərbaycandakı səfiri D.İanku və qonaqlar təmsil etdikləri ölkənin ali təhsil sistemi haqqında və eləcə də Aurel Vlaciu Arad universitetində tədris olunan ixtisaslar haqqında ətraflı məlumat verib. ADNSU ilə əlaqələrin qurulması və genişlənməsində maraqlı olduqlarını diqqətə çatdıran qonaqlar eyni ixtisaslarda tələbə və müəllimlərin mübadiləsi və birgə layihələrin işlənməsinin əhəmiyyətinə toxunublar.

Görüşdə əməkdaşlığın rəsmi sənədlərlə tənzimlənməsi və birgə layihələrin hazırlanması barədə müzakirə aparılıb.