Card image cap

ADNSU-da Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı təqdimat keçirib

İyunun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğuna qəbulla bağlı təqdimat keçirilib.

Tədbirdə DİM-in Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov, DİM-in Dövlət Elektron İnformasiya Sistemləri şöbəsinin müdiri Vüqar Əkbərov, Dövlət Qulluğu məsələləri sektorunun müdiri Kamil Baxşəliyev və IV kurs tələbələri iştirak edib.

Dövlət Qulluğu məsələləri sektorunun müdiri K.Baxşəliyev dövlət qulluğuna qəbulla bağlı prosedur qaydaları, müsabiqə şərtləri və dəyişikliklər barədə geniş təqdimatla çıxış edib.

Daha sonra Dövlət Elektron İnformasiya Sistemləri şöbəsinin müdiri V.Əkbərov Elektron Xidmətlər barədə təqdimatla tələbələrə ətraflı məlumat verib. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.