Card image cap

ADNSU tələbələrinin startap layihələrinin biznesə çevrilməsi məsələsi amerikalı mütəxəssislə müzakirə olunub

İyunun 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı universitetdə qonaq olan ABŞ-ın Vircinya Dövlət Universitetinin keçmiş rektoru, marketinq üzrə mütəxəssis Keyt T. Miller ilə görüşüb.

Görüşdə ADNSU-da təhsilin hazırki vəziyyəti, startap layihələrinin gələcək perspektivləri və universitetin innovasiya fəaliyyətinin genişləndirilməsi haqqında müzakirələr aparlıb. Startap layihələrinin biznesə çevrilməsi və tələbələrin bu sahədə fəaliyyətinə dəstək verilməsinin əhəmiyyəti qeyd olunan görüşdə bu məsələ ilə bağlı nə kimi töhfənin verilə biləcəyi diqqət mərkəzində olub.