Card image cap

İsrailin nümayəndə heyəti ADNSU tələbələrinin startap layihələrini yüksək qiymətləndiriblər

İyulun 2-də İsrailin Xarici İşlər Nazirliyinin İqtisadiyyat şöbəsinin Asiya və MDB ölkələri üzrə rəhbəri səfir Mixael Lotem və İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar. Əvvəlcə ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin startap layihələri ilə tanış olan qonaqlar tələbələrin startap layihələrini yüksək qiymətləndirib və innovativ ideyalarara dəstək verilməsinin əhəmiyyətinə toxunublar.

Sonra qonaqlar ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüb və universitet haqqında ətraflı məlumat alıblar. Qonaqları universitetdə görməkdən məmnun olduğunu deyən rektor M.Babanlı universitetin tarixi, beynəlxalq əlaqələri və İsraillə əlaqələr, eləcə də gələcək layihələr haqqında məlumat verib.

Neft-qaz və enerji sahəsində ADNSU-nun təcrübəsindən faydalanmağın və eyni zamanda İsrailin bu sahədəki təcrübəsini bölüşməyin gələcək əmkdaşlığın əsas istiqaməti olduğunu vurğulayan qonaqlar tələbə mübadiləsi və digər sahələrdə qarşılıqlı layihələrin hazırlanmasının xüsusi önəm daşıdığını qeyd ediblər.