Card image cap

ADNSU-nun Çin, Hindistan, Banqladeş və Filippin universitetləri ilə əlaqələri genişlənir

İndoneziyada Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) “Rəqəmsal dövrdə ali təhsil müəssisələrində davamlılığın inkişafı” adlı beynəlxalq konfransında iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı səfər çərçivəsində nüfuzlu üç ali məktəbin - Hindistan Texnologiyalar və Elm İnstitutu, Banqladeşin Daffodil Beynəlxalq Universiteti və Batanqas Filippin Universitetinin rektorları ilə görüşüb. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi və mübadilə prosesi barədə söhbət aparılıb. Daha sonra tərəflər arasında əməkdaşlığa dair müqavilələr imzalanıb. Bundan əlavə hər il təhsilini davam etdirmək üçün xarici universitetlərə yüzlərlə tələbələrini göndərən Sian Beynəlxalq Universitetinin (Çin Xalq Respublikası) prorektoru Şon Li ilə görüşü zamanı rektor M.Babanlı ikili diplomların verilməsi haqqında konstruktiv danışıqlar da aparıb.