Card image cap

Tanınmış fransalı jurnalist Véra Baudey UFAZ-da olub

Bakıda ilk dəfə səfərdə olan “Winner” və “WinnArt” jurnallarının təsisçisi fransalı jurnalist Véra Baudey iyulun 30-da Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.

Qonaq ilk öncə UFAZ-ın binası, auditoriyaları, laboratoriya və maddi-texniki bazası ilə tanış olub. UFAZ-ın direktoru, dosent Vazeh Əsgərov və baş katibi Şarlot Payen universitetdə tədris olunan ixtisaslar, tələbə kontingenti, tədris üsulları və Fransanın ali təhsil sisteminin keyfiyyəti ilə bağlı ətraflı məlumat verib.

Véra Baudey İtaliya, Rusiya və Almaniyada radio müxbir vəzifəsində çalışarkən böyük təcrübə qazanıb. O öz “Winner” və “WinnArt” jurnallarını dərc etdirməmişdən öncə bir çox jurnallarla əməkdaşlıq edib.

“Winner” jurnalı müxtəlif sahələr və mövzularla əlaqəli uğur hekayələrini və yüksək nailiyətləri qələmə alır.