Card image cap

UFAZ ADNSU tələbələrinin köçürülməsi ilə bağlı sənəd qəbulu elan edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) 2018/2019-cu tədris ilində aşağıda qeyd olunmuş ixtisaslar üzrə ödənişli əsaslarla ADNSU tələbələrinin köçürülməsi ilə bağlı sənəd qəbulu elan edir.

- Kimya mühəndisliyi

- Geofizika mühəndisliyi

- Kompüter elmləri

- Neft-qaz mühəndisliyi

Qəbul yerlərinin sayı boş yerlərə əsasən müəyyən olunur.

Universitetin birinci tədris ilində ödənişli əsaslarla təhsil almaq istəyən ADNSU tələbələri UFAZ qəbuluna müraciət edərkən:

1.Aşağıdakı PDF formasını yükləməli

2.Tələb olunan forma və sənədləri 24/08/18 tarixinə qədər admissions@ufaz.az elektron ünvanına göndərməlidirlər.

Seçim prosesi

Qeydiyyat mərhələsini uğurla tamamlamış  namizədlər ingilis dilində test suallarından ibarət imtahanda iştirak etmək hüququ qazanacaqlar. Test sualları tamamilə elmi biliklərə əsaslanır.

UFAZ-a qəbul imtahanından keçmiş tələbələr sentyabr ayının əvvəlində 15 dəqiqəlik fərdi müsahibədə iştirak etməlidirlər. Müsahibə üz üzə və ya video bağlantı vasitəsilə aparıla bilər.

*Müsabiqədə iştirak etmək üçün namizədlər imtahandan minimum 12/20 bal toplamalıdırlar.

Qeydiyyatın müddəti: 06/08/2018 - 24/08/18

İmtahan tarixi: 03/09/2018 həftəsi

Müsahibə tarixi: 03/09/2018 həftəsi

Seçilmiş namizədlər üçün yekun təsdiq və qeydiyyat: 07/09/2018 tarixinə qədərdir.

 

Qeydiyyat, imtahan və məlumat üçün:

Nizami küç. 183, Bakı (Azərbaycan-Fransız Universiteti)

Əlaqə nömrəsi:  

+(994) 12 599 00 74

E-mail: admissions@ufaz.az