Card image cap

ADNSU-da “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfrans keçiriləcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 11-12 sentyabr tarixlərində keçiriləcək “Gələcəyin energetikası: problemlər və perspektivlər” adlı beynəlxalq konfransa ev sahibliyi edəcək. Konfransda 10-dan artıq ölkədən olan xarici mütəxəssis və digər mötəbər qonaqlar iştirak edəcəklər.

İki gün davam edəcək konfransda aşağıdakı bölmələr üzrə təqdim olunan 60-dan çox tezisdən seçilmiş mövzular üzrə müzakirələr aparılacaq:

- Müasir energetikanın problemləri;

- Bərpa olunan enerji mənbələri;

- Nüvə energetikası;

Konfransda ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, “Rusatom-beynəlxalq şəbəkə”sinin prezidenti Aleksandr Merten, NATO Parlament Assambleyasında Türkiyənin Böyük Millət Məclisinin nümayəndə heyətinin rəhbəri Osman Aşkın Bak, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov və başqaları çıxış edəcək.