Card image cap

ADNSU-nun rektoru Ukraynada Neft-Qaz Forumunda iştirak edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı 5-6 sentyabr tarixlərində Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetdə keçirilən Neft-Qaz Forumunda iştirak edir. Sahə rəhbərləri qoşulan bu elmi-texniki tədbirdə Neft-Qaz Sərgisi də təşkil olunub.

Konfransın açılışında Poltava vilayətinin qubernatoru V.A.Qolovko və Ukrayna Təhsil Nazirliyinin Beynəlxalq Təhsil Dövlət Mərkəzinin direktoru Y.A. Şapovalova iştirak ediblər.

Forumun plenar iclasında professor Mustafa Babanlının ADNSU-da təhsildə aparılan yeniliklər haqqında məruzəsi böyük diqqətlə qarşılanıb.