Card image cap

Sentyabrın 10-dan UFAZ-da yeni tədris ili başlanır

Sentyabrın 10-dan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) yeni tədris ili başlanacaq. Bu addım akademik təqvimin Fransa təhsil sisteminə uyğunlaşdırılması və təhsil müəssisəsində iş rejiminin tənzimlənməsi məqsədilə atılıb.

Sentyabrın 7-də UFAZ-da 2018-2019-cu tədris ilinin başlanması ilə əlaqədar müəllim kollektivi ilə iclas keçirilib. İclasda ötən dərs ilinin yekunları, əldə olunan nailiyyətlər təhlil edilib. Eyni zamanda, cari tədris ili üçün yeni istiqamətlər və fəaliyyət planı müəyyənləşdirilib, qarşıda duran vəzifələr, dərs yüklərinin bölünməsi və yeni yanaşmalar müzakirə olunub. 

Hazırda UFAZ-da 30-a yaxın professor-müəllim heyəti çalışır və 410 tələbə təhsil alır. Yeni tədris ilindən etibarən UFAZ-ın Fransadan dəvət olunmuş, daimi olaraq Bakıda işləyəcək müəllimi Loic Cellier UFAZ-ın dörd ixtisası üzrə (Neft-qaz mühəndisliyi, Kimya mühəndisliyi, Geofizika mühəndisliyi və Kompüter elmləri) tələbələrə Riyaziyyat və Kompüter elmləri fənlərini tədris edəcək.