Card image cap

ADNSU rektoru ABŞ-ın “MMS Holdings Group” şirkətinin azərbaycanlı texniki direktoru ilə görüşüb

Sentyabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı ABŞ-ın “MMS Holdings Group” şirkətinin texniki direktoru, professor Oktay Məmmədbəyovla görüş keçirib.

ADNSU-da görülən işlərdən, tədrisin və təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan, həmçinin startap layihələrindən və qarşıda duran məsələlərdən danışan rektor, professor M.Babanlı birgə əməkdaşlığın əhəmiyyətinə toxunub.

Görüşdə ADNSU-da neft-mədən, eləcə də geologiya və qazma sahəsində mütəxəssis hazırlanamsının, həmçinin bu sahədə əməkdaşlıq üçün yeni imkanlar yaradılmasının vacibliyi müzakirə olunub.