Card image cap

ADNSU-nun Əsaslı kitabxanasında növbəti kitab sərgisi təşkil olunub

Yeni tədris ilinin başlanması ilə əlaqədar Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanasında növbəti kitab sərgisi təşkil olunub. Sərgidə yer almış kitablar, jurnallar, qəzetlər, elektron daşıyıcılar Azərbaycan, rus, ingilis dillərində olmaqla texniki, ictimai-siyasi və bədii sahələri əhatə edir.

Kitablar kitabxananın oxu zalında açıq rəf üsulu ilə oxucuların istifadəsinə verilib.