Card image cap

ADNSU ilə Cənubi Rusiya Universiteti arasında əməkdaşlıq genişlənir

Sentyabrın 28-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı IX Azərbaycan-Rusiya Regional Forumu çərçivəsində ölkəmizdə olan Cənubi Rusiya Universitetinin rektoru, professor İmran Əkbərovla görüşüb.

Universitetlər arası əməkdaşlığın inkişafının müzakirə olunduğu görüşdə gələcək birgə fəaliyyətə dair fikir mübadiləsi aparılıb.

Görüşün sonunda tərəflər arasında əməkdaşlığa dair memorandum imzalanıb.