Card image cap

ADNSU-nun rektoru Krakov Neft və Qaz İnstitutunun nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Polşanın Krakov Neft və Qaz İnstitutu – Dövlət İnstitutunun nümayəndə heyəti ilə görüşüb.

Rektor, professor Mustafa Babanlı qonaqlara ADNSU haqqında ətraflı məlumat verib, müxtəlif istiqamətlərdə aparılan islahatlardan danışıb.

Universitetlər arasında əməkdaşlığın inkişaf etdirilməsinin müzakirə olunduğu görüşdə elmi sahədə əməkdaşlıq, beynəlxalq qrant müsabiqələrində birgə iştirak haqqında razılıq əldə olunub. Sonda elmi sahədə birgə əməkdaşlıq haqqında fəaliyyət planının hazırlanması haqqında qərar qəbul edilib.