Card image cap

ADNSU-da AUKAA və AZGREEN şirkətinin təlimi baş tutub

Martın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Britaniya Məzunları Birliyi (AUKAA) və AZGREEN Mühəndislik və Ətraf Mühit Xidmətləri şirkətinin təşkilatçılğı ilə “Yaşıl Təşəbbüslərə Start” layihəsi çərçivəsində Ətraf Mühit Mühəndisliyi və Menecmenti və Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühit (SƏTƏM) mövzularında təlimləri baş tutub.

Təlimdə AUKAA idarə heyətinin sədri Ziya Qafarlı, AZGREEN şirkətinin direktoru Murad  Abuzərov və təlimçi Tural Məhərrəmov iştirak edib.

Tural Məhərrəmov layihənin məqsədi və təlimin verəcəyi töhfələr barədə tələbələrə geniş məlumat verib, bu sahələr üzrə dünyada aparılan yeniliklər, əldə olunan təcrübələr haqqında ümumi məlumat verib.

Sonda təlimdə iştirak edən tələbələrə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, təlim 2 gün davam edəcək.