Card image cap

ADNSU-da “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib

Oktyabrın 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Gənclər və İdman Nazirliyinin dəstəyi və universitetin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan doğma diyarımdır” adlı tədbir keçirilib. Tədbirdə Milli Qəhrəman Vahid Quliyev, polkovnik-leytenant Elşən Qarayev, polkovnik-leytenant Elmar Hüseynov, kapitan Anar Məmmədov, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Emin Həsənli, Azərbaycan Tələbə Gənclər Təşkilatları ittifaqının sədr müşaviri Hüseyn Babayev, həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədr müşaviri Hüseyn Babayev, ADNSU-nun Tələbə Gənclər Təşkilatının sədri Müqəddəs Əzizzadə və tələbələr iştirak edib. Çıxış edənlər Aprel döyüşlərində ordumuzun göstərdiyi şücaətdən, gənc əsgərlərin qəhrəmanlığından, döyüş vaxtı Azərbaycan xalqının birliyindən söz açıblar. Qonaqlar tələbələri vətənpərvər olmağa və torpaqlarımızın azad olunması uğrunda mübarizəyə səsləyib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.