Card image cap

ADNSU-da 8 mart Beynəlxalq Qadınlar günü qeyd olunub

Martın 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə universitetin xanım əməkdaş və tələbələri ilə görüş keçirilib. ADNSU-nun tədris işləri üzrə prorektoru Qasım Məmmədov univeristetin bütün xanım əməkdaşlarını təbrik edib, onlara cansağlığı, ailə xoşbəxtliyi, iş və şəxsi həyatlarında uğurlar arzu edib. Müasir qadınların cəmiyyətdəki rolundan danışıb. Daha sonra ADNSU-nun bir qrup qadın əməkdaşları və tələbələrə bayram hədiyyələri təqdim edilib