Card image cap

“Metak” şirkətində təcrübə keçən ADNSU tələbələri ilə görüş keçirilib

Oktyabrın 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsinin professor-müəllim heyəti “Metak” şirkətində olub. Görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, Elmi işlər üzrə dekan müavini, dosent Tahir Süleymanov, “Maşınqayırma və materialşünaslıq” kafedrasının dosenti Zəka Səlimov, “Metak” Şirkətinin İstehsalat direktoru Mübariz Əzizov və şirkətin baş konstruktoru Valeh Kərimov iştirak edib.

Müxtəlif istiqamətlərdə ikitərəfli münasibətlərin müzakirə olunduğu görüşdə transfer texnologiyaları sahəsində birgə əməkdaşlığın zəruriliyi vurğulanıb. Daha sonra fakültənin “İlboyu gündəlik təcrübə” layihəsi çərçivəsində “Metak” şirkətində təcrübə keçən 12 nəfər tələbəsi görüş keçirilib.