Card image cap

BP ADNSU-da seminar keçirib

Oktyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  BP-nin noyabr ayında keçiriləcək “Açıq qapılar günü” proqramı çərçivəsində seminarı keçirilib.

Seminarda BP-nin işə qəbul üzrə məsləhətçisi Mehriban Şeyxzamanova və işə qəbul üzrə koordinator Səbinə Vəliyeva mühəndis ixtisaslarına aid keçiriləcək aksiya ilə bağlı tələbələrə geniş məlumat verib.

BP-nin mühəndis ixtisasında təhsil alan tələbələrə neft və qaz sənayesində imkanlar və BP şirkətində mühəndis və ya mütəxəssis kimi karyeralarını inkişaf etdirmək haqqında, eləcə də təcrübə və müraciət qaydaları izah olunub. Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, noyabrın 7-də BP Azərbaycan şirkətinin təşkilatçılığı ilə ali təhsil müəssisələrinin mexanika mühəndisliyi, inşaat mühəndisliyi, neft mühəndisliyi və geoloji kəşfiyyat fakültələrinin tələbələri üçün “Açıq qapılar günü” keçiriləcək.