Card image cap

Maliyyə Bazararına Nəzarət Palatasının nümayəndələri ADNSU tələbələrinə təlim keçib

Oktyabrın 17-də Maliyyə Bazarlarına Nəzarət Palatası Təlim və Maarifləndirmə Mərkəzi tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və Menecment fakültəsinin tələbələri üçün “Nağdsız ödənişlər: mövcud imkanlar və yeniliklər”; “Kapital Bazarlarında maliyyələşmə və listinq” mövzusunda təlim keçib.

Təlimdə Maliyyə Bazarlarına Nəzarət Palatasının Ödəniş Sistemlərinə Nəzarət sektorunun rəhbəri Tamerlan Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının Ticarət Əməliyyatlarına Nəzarət idarəsinin böyük analitiki Arif Cəlilov və Bakı Fond Birjasının mütəxəssisi Müseyib Mehdiyev tələbələrə nağdsız ödənişlər, mövcud imkanlar və yeniliklər, habelə kapital Bazarlarında maliyyələşmə haqqında geniş təqdimatla çıxış edib.

Tədbirdə nağdsız ödənişlər və onun əsas xüsusiyyətləri, nağdsız ödəniş modelləri, ödəniş tapşırıqları və ödəniş kartları ilə əməliyyatların aparılması, ödəniş kartları ilə əməliyyatlarda mümkün fırıldaqçılıq halları, elektron pul, habelə pul köçürmələri haqqında məlumat verilib.

MBNP-in nümayədələri kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarında maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzular barədə təqdimatla çıxış edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.