Card image cap

ADNSU-da “Novruz mühazirələri”nin növbəti görüşü olub

Martın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində növbəti "Novruz mühazirəsi" keçirilib.

Budəfəki görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor, Mustafa Babanlının "Yeni texnologiyalar, yeni materiallar: gələcəyə baxış" mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə ADNSU İctimai Etimad Şurasının sədri, millət vəkili Aydın Mirzəzadə, təhsil eksperti, professor Şahlar Əsgərov, “XXI əsr” Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov, KİV mənsubları və universitetin professor-müəllim heyəti iştirak edib.

Professor Mustafa Babanlı mühazirəsində materialşünaslılğın inkişaf tarixi, yeni texnologiyalar, onların həyatımızda rolu, materialşünaslıq və mühəndislik arasında sıx əlaqədən danışıb. Mustafa Babanlı smart (ağıllı) materiallar, onların bugünkü və gələcək tətbiq sahələri haqqında məsələlərə toxunub.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.