Card image cap

Hindistanlı mütəxəssis ADNSU-da seminar keçib

Oktyabrın 25-də Hindistanlı ətraf mühitin qorunması və təhlükəsizliyi üzrə mütəxəssis Raval Kalpeshkumar ADNSU-da Geoloji-kəşfiyyat fakültəsinin III kurs tələbələrinə “Əməyin mühafizəsi və iş şəraitində təhlükəsizlik” mövzusunda seminar keçib. Seminarda fakültə əməkdaşları və tələbər iştirak edib.
R. Kalpeshkumar neft və qaz sənayesində zərərlər və risklər, neft sahəsinin mütəxəssisləri üçün əmək fəaliyyətində təhlükəsizlik qaydaları, risk və təhlükəsizlik anlayışları, həmçinin bu sahədə dünyada baş verən qəzalar və onların aradan qaldırlması üçün nəzərdə tutulan təhlükəsizlik tədbirləri haqqında geniş təqdimatla çıxış edib.
Seminarın sonunda tələbələri marqlandıran suallar cavablandırılıb.