Card image cap

ADNSU-da “Enterpriseazerbaijan” portalı startap mərkəzinin nümayəndələrinə təqdim olunub

Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı www.enterpriseazerbaijan.com portalı “Eazi START” Startap və İnnovasiya Mərkəzinin nümayəndələrinə təqdim olunub.

Portalının meneceri Aytən Məmmədova tələbələrə www.enterpriseazerbaijan.com barədə onlara ətraflı məlumatlar təqdim edib. Startapçı gənclərin iştirak etdiyi müzakirədə bildirilib ki, Portal mütəmadi yenilənən, istifadəyə rahat, əlçatan, təhlükəsiz, sürətli və əlverişli məkan olaraq Azərbaycandakı investisiya layihələri, startaplar, əmlak, səhm, torpaq və digər aktivlər barədə məlumat bankıdır. Məhz bu səbəbdən gənc startapçıların imkanları genişlənəcək. Bu istiqamətdə olan məlumatlar da rahat və əlçatan olacaq.

A.Məmmədova əlavə edib ki, Portal layihələr üçün həm inkubator, həm də akselerator rolunu oynayacaq.

Təqdimatın ardınca gənclərin sualları cavablandırlıb. Yeni əməkdaşlıq imkanları haqqında danışılıb.