Card image cap

ADNSU-da “Beyin İdarəsi və İnsan Davranışı” mövzusunda seminar keçirilib

Oktyabrın 31-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə "Beyin İdarəsi və İnsan Davranışı" mövzusunda seminar keçirilib. Seminar "Orkhanway Coaching" şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz tərəfindən aparılıb.

Tədbirdə "Beyin həyatımıza yoxsa həyat beynimizə təsir göstərir", "Toplumda hansı davranış qaydaları var", "Beyin hissələri davranışımıza necə təsir göstərir" və s. mövzularda müzakirələr aparılıb.

Seminarin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.