Card image cap

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı davam edir

ADNSU-da “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı davam edir
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı davam edir. Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən layihə çərçivəsində noyabrın 17-də tələbələrlə görüş keçirilib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev “Bir” Tələbə-Könüllü Proqramının təqdimatının gənclər üçün əhəmiyyətindən danışıb və tələbələri proqramda fəal iştirak etməyə səsləyib.
“Bir” Tələbə-Könüllü Proqramı haqqında geniş məlumat verən layihənin meneceri Canoğlan İlyasov proqramın tələbələr üçün yeni dostlar qazanmağa, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə imkan yaratdığını bildirib.
Sonra tələbələr üçün altı müxtəlif istiqamətdə (öyrən, öyrət, yaşa, yaşat, kəşf et, zövq al) fəaliyyət göstərən proqram çərçivəsində keçirilmiş təlimlər, seminarlar, komanda turları, festivallar, xeyriyyə aksiyaları və s. haqqında videoçarx nümayiş olunub.
Sonda tədbirin aparıcısı Seyran Babayev tərəfindən tələbələr üçün viktorina keçirilib.
Qeyd edək ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunun olduğunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən yaradılıb.